2016-nın mənim üçün neçə keçdiyi barədə günlük yazılarım.

2015 Noyabr - 2016 May

SAFAROFF

İlk öncə təcrübəmin çox az olmasına baxmayaraq məni öz kollektivlərinə qatdıqları üçün onların hamısına təşəkkür edirəm. Mənim o kollektivə düşməyim mənim üçün olan ən böyük möcüzələrdən biri idi. Bunu heç yerdə deməmişəm, lakin hardasa yedddinci və səkkizinci sinif də oxuyandan mənim SAFAROFF agentliyi haqqında məlumatım var idi. Demək olar hər dəfə imkan tapıb kompyuterin qarşısına keçdik də agentliyin saytına baş çəkirdim. Oradan Çingiz Məmmədov və Zülfüqarı görüb tez facebookdan dostluğuma əlavə etmək üçün axtarmışdım. Elə o vaxtdan onları izləyirdim. Digər üzvlərinə görə də bu komandanı əjdaha adlandırırdım.

Bu əjdahaların arasına düşəcəyim heç ağlımın ucundan belə keçməzdi. SAFAROFF agentliyinə işə düzəlməzdən haradasa bir il əvvəl Android programçılıq ilə məşğul idim. Elə alındı ki, bir gün Zülfüqarın facebook qruplarından birində Android programçı axtardıqlarını gördüm və Zülfüqar ilə bir başa əlaqəyə keçdim. ADA Universitetinin kitabxanası üçün düzəltdiyimiz Android program mənim üçün yaşıl işıq oldu. (Kitapp for ADA University proyekt dayandırılıb)

İlk iş günüm çox gülərüz kollektiv məni qarşıladı. Müəyyən müddət sonra güvəni qazanaraq artıq yeni bir proyektin tamamlanması mənim öhtəmə verildi. Və beləliklə 1 ay yarım müddətinə TopTable proyektini bitirdik.

Eyni zaman da SAFAROFF özümə çox yaxşı dostlar qazandım hansı ki, bu dostlardan çox şey öyrəndim. Başda Aqşin olmaqla, Zülfüqara, Çingizə, Anara, Orxana, Kamrana və Tələtə mənə kömək göstərdikləri üçün öz təşəkkürümü bildirirəm. Dərslərimlə əlaqədar olaraq bir gün qayıtmaq ümidi ilə oradan may ayında ayrılmalı oldum.