Şəxsən mənim üçün ən aktual suallardan biridir. Hər axşam keçirdiyim günü diqqlətlə təhlil etməyə çalışıram. Və produktivliyim ilə, boş keçirdiyim zamanları yadıma salıb, digər günlərim ilə, fərqləndirməyə çalışıram. Növbəti gün həmin səhvlərimi tapıp, lazımsız dəqiqələrimi maksimum istifadə etmək üçün yollar düşünürəm. Təbii ki, bəzən tənbəllik heçnəyə imkan vermir. Amma növbəti gün mütləq bunu aradan qaldırmağa çalışıram.

“Günümü necə produktiv keçirim?” -deyə bir sual yaranır. Heç də çətin olmayan bir sualdır. Qarşınıza məqsədlər qoyun. Yadınızdan çıxmamağı üçün növbəti gün edəcəyiniz şeyləri bir vərəqə və ya bir tətbiq vasitəsilə yadınıza salmağa çalışın. Göz önündə plan bir əşyaya baxmaqla xatırlayın və s. yollar var. Təki gününüzü düzgün dəyərləndirə biləsiniz

Produktivliyin qorunması üçün özümündə istifadə etdiyim bir neçə məsləhətli tətbiqlər.

Trello vasitəsilə kamban stilindən istifadə edərək tapşırıqlarınızı lövhələr vasitəsilə hissələrə bölüb yerinə yetirə bilərsiniz. Daha çox komandaların işini rahatlaşdırmaq üçün istifadə olunan bu vasitə, individuallardan tərəfindən də seçilir.



Wunderlist və ya oxşar tətbiqlər vasitəsilə tapşırıqlarınızı siyahı kimi düzüb yerinə yetirə bilərsiniz.